Accessibility links

Məmurlar məhbuslara zorakılıq tətbiq edib və onları saatlarla zindan həyətində saxlayıb

Tehranın Evin zindanında saxlanan 9 siyasi məhbus qadın zorakılığa qarşı etiraz olaraq aclıq aksiyasına başlayıb.

Oktyabrın 30-da zindanın özəl mühafizə qüvvələrindən olan 20 qadın siyasi məhbusların saxlandığı kameraya hücum çəkib. Məmurlar məhbuslara zorakılıq tətbiq edib və onları saatlarla zindan həyətində saxlayıb.

“Media forum” saytının məlumatına görə, aclıq aksiyasına başlayan siyasi məhbuslar bu şəxslərdir: Bəharə Hidayət, Nazənin Deyhimi, Jila Bəni Yaqub, Şiva Nəzər Ahari, Məhsa Əmrabadi, Həkimə Şükri, Jila Kərəmzadə Məkvəndi, Nəsim Sultanbeygi və Rahilə Zəkayi.

Aclığa başlayan məhbuslar zindan rəsmilərinin onlardan üzr istəməsini və bu kimi hərəkətlərin bir daha təkrar olunmayacağı haqda təminat verilməsini istəyirlər.
XS
SM
MD
LG