Accessibility links

“Həbsdən kənar" filminin təqdimatı olub [Video]


"Həbsdən kənarda" filmi
"Həbsdən kənarda" filmi

Film yetkinlik yaşına çatmayan şəxslərin həbsi və islahından bəhs edir

Yetkinlik yaşına çatmayanlar üçün həbs cəzası onların islah edilməsinin çox da səmərəli yolu deyil. Çox vaxt çətin yeniyetmələrin yenidən tərbiyəsi və cəmiyyətə inteqrasiyası üçün alternativ cəza tədbirləri və sosial-psixoloji reabilitasiya ən yaxşı vasitə olur. Bu həqiqət məşhur Britaniya rejissoru Qabriel Menezesin Azərbaycanda yuvenal ədliyyə sisteminin inkişafı layihəsi çərçivəsində çəkdiyi "Həbsdən kənar" (Beyond Detention) sənədli filmində canlandırılmış hadisələrdə öz əksini tapıb.

Bu layihəni UNİСEF (BMT-nin Uşaq Fondu) yerli tərəfdaşlarla birlikdə və Avropa İttifaqının (Aİ) Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirir.

Filmin ictimai nümayişi dekabrın 5-də For Sesons otelində keçirilib.

Film dörd yeniyetmədən bəhs edir.

Onlardan birinin başına gələnlər hakimlərin gəncləri cinayətə təhrik etmiş halları nəzərə almadan, onların taleyinə biganə münasibətinin nümuməsidir. Belə ki, yetim yeniyetmə 14 yaşında pul kisəsi oğurladığına görə 9 il müddətinə həbs edilir. Apellyasiya instansiyası hökmü qüvvədə saxlayıb. Gənc bu qədər sərt cəzanı ədalətsiz hesab edir və yenidən azadlıq əldə edib, şərəfli yaşamağı arzulayır.

Kiçik oğurluq edərkən yaxalanan digər yeniyetmənin bəxti gətirib və onu həbsxana yerinə məcburi reabilitasiyaya göndərirlər, bunda sonra o, doğru yola qayıdır.

Daha bir qəhraman - 20 yaşındakı qız yeniyetmə olarkən içki içən atası ucbatından evdən qaçıb və faktiki olaraq küçədə qalıb, nəzarətsiz uşaqlarla yaşayıb. Narahat olan ana bir gün uşaqların psixoloji reabilitasiyası mərkəzinin reklamını görür. Qızı bu mərkəzə cəlb etməyə və normal həyata qaytarmağa müvəffəq olur. O, məktəbə qayıdır və məktəbi müvəffəqiyyətlə bitirir, bu gün universitetdə nəqliyyat mühəndisliyi oxuyur.

Həbsdən kənarda filmi
Həbsdən kənarda filmi

Filmdə UNİCEF-in bu layihəsi başa çatdıqdan sonra dövlətin yuvenal ədliyyənin inkişafı üzrə başlanmış tədbirlərin maliyyələşdirilməsini davam etdirəcəyinə ümid ifadə olunur.

Filmin məsləhətçilərindən biri bu ilin avqustunda avtomobil qəzası nəticəsində vaxtsız dünyasını dəyişən məşhur uşaq hüquqları müdafiəçisi Nazir Quliyev idi.

Filmin təqdimatında Azərbaycanın yuvenal ədliyyəsinin inkişafı layihəsinin həyata keçirilməsində iştirak edən qurumların, habelə parlamentin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

UNİCEF-in Azərbaycandakı əlaqələndiricisi Edvard Karvardin öz çıxışında bildirib ki, bu gün dünyada bir milyondan çox uşaq həbs yerlərindədir. Bu uşaqlar təhsil ala bilmir və təcrid vəziyyətdə, çox şeydən məhrumdurlar və buna görə mükəmməl şəxsiyyət kimi formalaşa bilmirlər və çox vaxt azadlığa çıxdıqda çox qısa müddətdə yenidən cinayət törədirlər.

"Həbsxanadan kənarda" filmi
"Həbsxanadan kənarda" filmi

Buna görə, Karvardinin sözlərinə görə, azadlıqdan məhrum edilmiş uşaqların gələcəkdə normal həyata qayıtmaq şansı azalır.

O, qanunu pozan uşaqlar barəsində mümkün qədər alternativ tədbirlər tətbiq etməyin zərurətini vurğulayıb.

Bununla belə, UNİCEF nümayəndəsi Azərbaycanda son bir neçə ildə problemin əhəmiyyətinin başa düşülməsində və uşaqlara alternativ tərbiyə imkanlarının verilməsi təcrübəsinin yayılmasında "böyük irəliləyiş" olduğunu qeyd edib.

Aİ missiyasının rəhbəri, səfir Malena Mard qeyd edib ki, yuvenal ədliyyədə islahatların məqsədi bütün uşaqlar üçün ədaləti təmin etməkdir.

O, həbs qətimkan tədbirinin və azadlıqdan məhrumetmə cəzasının yalnız müstəsna hallarda tətbiq edilməsinin və alternativ islah və tərbiyə yollarına üstünlük verilməsinin tərəfdarı olduğunu bildirib.

Bu zaman o qeyd edib ki, yuvenal ədliyyə sahəsində islahatlar və təkmilləşdirmə təkcə Azərbaycanın deyil, Aİ üzvü olan bir çox dövlətlərin keçdiyi prosesdir.

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimai əlaqələr idarəsinin rəisi Faiq Qurbanov son illər yuvenal sistem sahəsində atılmış addımlar arasında Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayanların işlərinə baxılması üzrə ixtisaslaşan qrupun formalaşdırılmasını qeyd edib.

Bu gün Azərbaycanda Bakıda və Gəncədə olmaqla iki sosial-reabilitasiya mərkəzi fəaliyyət göstərir, buraya ibtidai həbsə alternativ kimi uşaqları və cinayət törətməyə meylli olan çətin yeniyetmələri yerləşdirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG