Accessibility links

Səudiyyə Ərəbistanı rəsmiləri deyir ki, iki milyona yaxın müsəlman zəvvar hər il baş tutan Həcc ziyarəti üçün Məkkəyə gəlib.

Həcc İslamın ən qədim və ən müqəddəs dini mərasimlərindən biridir. İslamın beş şərtindən biri olan Həcc ziyarəti fiziki qabiliyyəti və maddi vəziyyəti yerində olan hər bir müsəlman üçün şərtdir . Məkkə Məhəmməd Peyğəmbərin dünyaya gəldiyi yerdir.

Bazar günü baş tutan səhər namazından sonra zəvvarlar Məkkədən avtomobil yolu ilə, qatarla və piyada Mina vadisinə gedib.

Sabah Ərəfat dağına çıxmamışdan əvvəl onlar Minada namaz qılacaq və istirahət edəcəklər.

İslam dininin beşiyi olan Səudiyyə Ərəbistanı müsəlmanların ziyarətlərini sülh şəraitində keçirməsini təmin edəcəyini bildirib.
XS
SM
MD
LG