Accessibility links

Həccə qurbanlar haradan gəlir? [Video]


Həccə qurbanlar haradan gəlir?
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Hər il Somalilend Respublikası Məkkəyə Həcc ziyarətinə gedən milyonlarla müsəlmanın qidalanması üçün Səudiyyə Ərəbistanına çox sayda qoyun göndərir.

Özünü Somalidən ayrılaraq müstəqil Somalilend elan edən bu respublika müxtəlif bölgələrindən paytaxt Hargeysaya milyonlarla qoyun və keçi gətirilir. Bu, Səudiyyə Ərəbistanına göndərilən heyvanlar Məkkəyə Həcc ziyarətinə gedənlər üçün kəsiləcək qurbanlardir.

Mən əminəm ki, Somalilend özünün ixrac dəyəri sistemini dəyişməsə, hazırkı mövqeyini itirəcək. Bazarlar dağılmış vəziyyətdədir. Onları yeniləmək lazımdır.

Somalilendin Yaxın Şərqlə mal-qara ticarəti ümumdaxil məhsul istehsalının 60 faizini təşkil etməklə yanaşı, iş yerlərinin 70 faizini əhatə edir.

Bəzi müsəlmanlar qarabaş qoyunları İbrahim peyğəmbərlə əlaqələndirdikləri üçün bunun onlara dini əhəmiyyəti var. Mövlüd Həsən Cama heyvan bazarında 10 ildir işləyir. O deyir ki, bu bazarda həm pul qazanır, həm də İslam icmasının Həcc ziyarətini yaxşı keçirməsinə dəstək olur.

Bazarda satıldıqdan sonra heyvanlar qan testi keçmək və peyvənd vurulması üçün Qırmızı dənizin Berbera limanına aparılır. Orada onlar bir neçə həftə saxlanır. Bundan əvvəl Somalilenddən alınan heyvanlarda xəstəlik olduğunu deyərək. Səudiyyə Ərəbistanı bu ölkə ilə heyvan ticarətinə qadağa qoymuşdu.

Veterenar Əli Mahmud Gülid Həccə göndərilmək üçün Bərbəra limanında yoxlanışdan keçəcək milyondan çox heyvan saxlandığını deyir. “Bizim heyvanların sağlam olması çox vacibdir. Əgər biz xəstə heyvan ixrac etsək, bu, bizim iqtisadiyyatımıza kökündən təsir edər.”

Yoxlamalar və peyvəndlərdən sonra 20 mindən 120 minədək qoyun və keçi gəmilərə doldurulur. Sərin olsun deyə adətən yükləmə işləri gecələr görülür.

Ciddəyə göndərilmək üçün mal-qara gəmiyə doldurulur.
Ciddəyə göndərilmək üçün mal-qara gəmiyə doldurulur.

Hazırda Somalilend Sudan, Avstraliya və Həccə heyvan göndərən digər ölkələrlə rəqabətdədir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından təqqiqatçı Əbdi Osman Hacı irəlidə getmək üçün Somalilendin sənayeni müasirləşdirməli olduğunu deyir. “Mən əminəm ki, Somalilend özünün ixrac dəyəri sistemini dəyişməsə, hazırkı mövqeyini itirəcək. Bazarlar dağılmış vəziyyətdədir. Onları yeniləmək lazımdır."

Tədqiqatçı heyvanların sağlamlığı baxımından da bu ölkənin geridə qaldığını deyir.

Bütün bunlara baxmayaraq, Somalilendin Səudiyyə Ərəbistanı ilə heyvan ticarəti hələ ki, hər iki ölkənin mənfəətinə xidmət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG