Accessibility links

Səudiyyə Ərəbistanı Həcc ziyarətində ölənlərə görə tənqid olunur [Video]


Qəzəbli nümayişçilər cümə günü Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçiriblər. Hadisə zamanı 131 İranlı zəvvarın həlak olduğu bildirilir.

Məhəmmədi: “Məkkə və Mədinəyə müsəlman ölkələri şura formasında nəzarət etməlidir. Əl Səidin qanunsuz qəsbkarlığına son qoyulmalıdır”.

İrandan olan zəvvarların ölümü Səudiyyə Ərəbistanı və İranla olan gərgin əlaqələri daha da mürəkkəbləşdirib.

İşaq Cahangir: “Səudiyyə Ərəbistanı hökuməti bu fəlakətə görə cavabdehdir və cavab verməlidirlər.”

Səudiyyə rəsmiləri zəvvarları qanunlara əməl etməməkdə ittiham edir. Kenyalı zəvvar bununla razılaşmır.

İsak Saleh: “Mən oradaydım. Allaha şükür mən xilas oldum. Lakin onlar bu gün etdikləri kimi daha yaxşı təşkil edə bilərdilər.”

Mərasim cümə günü daha səliqəli təşkil olunub.

Salman Bin Abd Əl-Əziz Əl Səud: “Biz Həcc təşkilatçılarına planlarını və bütün hazırlıqlarını zəvvarların ibadətlərini əngəlsiz və təhlükəsiz keçirmələri üçün təşkil etməyi əmr etdik.”

Lakin Hindistandan olan bu şəxsin valideynləri də daxil olmaqla, bəziləri üçün artıq çox gecdir.

Mikişa Divan: “Biz onlara dəfələrlə zəng elədik, ancaq cavab verən olmadı. Bu gün səhər saat 10-da mənim valideyinimlərlə gələn zəvvarlardan zəng gəldi. Valideynlərimin öldüyünü dedilər.”

Zəvvarların çoxu Afrikadandır. Nigeriya rəsmiləri deyir ki, onlar hələlik Məkkəyə gedən 12 min zəvvar arasında ölənlərin olub-olmadığl haqqında məlumat almayıblar.

Həcc Məhəmməd Peyğəmbər dövründən bəri hər il keçirilən ibadətdir. İmkanı olan hər bir müsəlman ömründə azı bir dəfə bu ibadəti etməlidir. Dünyanın bir çox yerindən olan iki miliyona yaxın zəvvar bu il Məkkəyə gələrək Həcc ziyarətini yerinə yetirib.

XS
SM
MD
LG