Accessibility links

Müsəlman zəvvarlar Həcc ziyarətinə başlayır


Suriya münaqişəsi ilə əlaqədar etiraz aksiyaları keçirilməsinə icazə verilməyəcək

Müsəlman zəvvarlar çərşənbə günü ziyarətə başlamaq üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedir.

İmkanı olan müsəlmanlar çətin və bahalı ziyarəti həyata keçirmək üçün Məkkəyə, Həcc ziyarətinə ömürlərində bir dəfə getməlidirlər.

Səudiyyə rəsmiləri Suriyada baş verən münaqişə ilə əlaqədar etiraz aksiyaları keçirilməsinə icazə verməyəcəklərini bildirib.

Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı döyüşən inqilabçıları dəstəkləyir. Hazırda Riyadla münasibətləri gərgin olan Tehran isə Suriya hakimiyyəti ilə müttəfiqdir.

Rəsmilər əvvəllər baş verdiyi kimi hər hansı bir mümkün zorakılığa qarşı hazır olduqlarını bildirir. Ən diqqət çəkən məqam 1979-cu ildə hücum nəticəsində Baş Məscidin ələ keçirilməsi olub. İki həftə davam edən mühasirə nəticəsində yüzlərlə insan həlak olmuşdu.
XS
SM
MD
LG