Accessibility links

2 milyondan çox zəvvar Səudiyyə Ərəbistanında ənənəvi Həcc ziyarətinə başlayıb. Müqəddəs Məkkə şəhərində ritual və dua mərasimləri ilə müşayiət edilən Həcc ziyarəti dünyada ən çox insanın qatıldığı ən böyük ziyarətlədən biridir.
Zəvvarlar Məkkənin əsas məscidində müsəlmanların dua zamanı üz tutduğu səmtdə yerləşən Kəəbə ətrafında dövrə vururlar. Allah qarşısında itaətkarlıq və bərabərlik əlaməti olaraq zəvvarlar dünyanın maddi nemətlərindən imtina edib, "ihram" geyimində olur. Qadınlar ətriyyat və kosmetikadan istifadə etməyərək, başları örtülü, kişilər isə ağ rəngli geyimdə olur.

İslam dininə əsasən müsəlmanlar həyatda bir dəfə də olsa Həcc ziyarətinə getməlidir. Həcc ziyarəti İslam dininin Allahın təkliyi və Məhəmməd Peyğəmbərin onun elçisi olduğunun qəbul edilməsi, gündə beş dəfə üzü Kəəbəyə namaz qılınması, zəkat verilməsi və Ramazan ayında oyuc tutulması kimi əsas beş sütunundan biridir.

Müsəlmanlar Həcc ziyarətinə Məkkədə başlayır və sonra şəhərdən 5 kilometrlik məsafədə yerləşən Mina çadır şəhərciyinə yollanır. Həcc ziyarəti zamanı zəvvarlar Məkkədə Kəəbə ətrafında saat əqrəbinin əks istiqamətində yeddi dəfə dövrə vurmalıdır.

Bu ilin Həcc ziyarətinin əsas ritualı çərşənbə axşamı gününə təsadüf edəcək. Həmin gün 2 milyondan çox insan Ərəfat vadisində çiyin-çiyinə dua edəcək. Ərəfat dağı Məhəmməd Peyğəmbərin 1400 il bundan əvvəl müsəlmanları bərabərliyə və birliyə çağırdığı son xütbəsini verdiyi yer hesab edilir.

XS
SM
MD
LG