Accessibility links

İraqın baş naziri ölkədə səfərdə olan Birləşmiş Ştatların müdafiə naziri Çak Heygeldən ABŞ-ın İslam Dövlətinə qarşı hava hücumlarını artıqmasını istəyib. Cənab Hegellə görüş zamanı İraqın baş naziri Heydər Əl-Abadi deyib ki, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları və əlavə ağır silahlar radikal islamçılara qarşı mübarizəyə yardım edə bilər.

Birləşmiş Ştatların müdafiə naziri Çak Heygelin İraqa səfərinin məqsədi ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı hava hücumlarına başlamasından 4 ay sonra baş nazir Heydər Əl-Abadi və Amerika komandirləri ilə görüşməkdir.

Əvvəlcədən elan edilməmiş səfərlə Bağdada gələn cənab Heygel İraqda 200 nəfərdən ibarət Amerika və Avstraliya hərbi qüvvələrinin üzvləri ilə görüşü zamanı deyib ki, İraqın özünü müdafiəsi və dəstəyi öz əlindədir. Cənab Heygel bu ilin əvvəlində İslam Dövləti qrupunun ələ keçirdiyi şimal və qərb bölgələrini geri almaq üçün İraq ordusunun yeni imkanları olduğunu deyib.

İraq ordusuna yardım məqsədilə Birləşmiş Ştatalrın başçılığı ilə koalisiya qüvvələri avqustun əvvəllərindən bəri 600-dən çox hava hücumu həyata keçirib. İslam Dövləti qrupuna qarşı digər 500 hava hücumu isə qonşu Suriyada həyata keçirilib.

İraqda təlimlərə yardım üçün ABŞ prezidenti Barak Obama oraya 3100 nəfərdən ibarət əsgəri qüvvə göndərilməsi haqda sərəncam verib.

XS
SM
MD
LG