Accessibility links

ABŞ Şimali Koreyaya xəbərdarlıq edib


Birləşmiş Ştatlar Şimali Koreyaya yeni artilleriya təlimlərinin təhlükəli olduğunu deyərək onları dərhal dayandırmağa çağırıb. ABŞ müdafiə naziri Çak Hegel bu sərt xəbərdarlığı bazar ertəsi jurnalistlərlə görüşü zamanı verib.

"Şİmali koreyalıların əməlləri təhlükəli provokasiyadır və bu əməllərə dərhal son qoyulmalıdır," deyə o, bəyan edib.

Cənab Hegel bu yaxınlarda çinli həmkarı ilə Pekində görüşü zamanı Şimali Koreya məsələsinin diqqət mərkəzində olacağını bildirib.

Çin Pxenyanın atdığı addımlarla bağlı narahatlığını izhar edib və həm Şimali həm də Cənubi Koreyaları təmkin göstərməyə çağırıb.

Bazar ertəsi Şimali Koreya Cənubi Koreya sularına 100-dən çox artilleriya mərmisi atıb. Pxenyanın bunu ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavab olaraq etdiyi güman edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG