Accessibility links

Həkim: "Tsarnayev ağız, ayaq, boyun və əlindən bir neçə güllə yarası almışdı"


Bİrləşmiş Ştatlar həkimlərinin sözlərinə görə, Boston partlayışlarının şübhəlisi Cövhər Tsarnayev həbsindən əvvəl bir neçə güllə yarası alıb.

Aprel ayında Tsarnayevi müalicə edən Bostonun travma cərrahı Stefen Rey Odom məhkəmə qarşısında onun yaralarını izah edib. Dünən axşam açıqlanan məhkəmə sənədlərində Odom deyib ki, ən ciddi güllə yarası Tsarnayevin ağız nahiyəsində qeydə alınıb, belə ki, ağızın içəri sol hissəsindən dəyən güllə üzün sol tərəfindən çıxaraq kəllə sümüyünün qırılması ilə nəticələnib.

Cərrah deyib ki, hazırda 20 yaşı olan Tsarnayev ayaqlarından, boynundan, əlindən bir neçə güllə yarası alıb.

Tsarnayev aprelin 15-də Boston Marafonu zamanı 3 nəfərin ölümünə, 260 nəfərin yaralanmasına səbəb olan iki partlayışın baş verməsindən bir neçə gün sonra saxlanmışdı. O qardaşı ilə birlikdə hadisəni törətməkdə şübhəli bilinsə də, Tamerlan Tsarnayev polislə qarşıdurma zamanı öldürülmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG