Accessibility links

Sərhədsiz Həkimlər Əfqanıstandakı xəstəxanaya qarşı hücuma heç bir əsas olmadığını bildirib


Beynəlxalq tibbi yardım təşkilatı Sərhədsiz Həkimlər ötən ay Əfqanıstandakı xəstəxananın ABŞ qüvvələrinin hava hücumunun araşdırılmasından sonra tibbi obyektə qarşı hücuma heç bir əsas olmadığını bildirib.

Təşkilatın bu gün açıqladığı hesabatında deyilir ki, xəstəxana və onun ətraflarında heç bir yaraqlının olmadığı aşkar edilib.

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri, general Con Kampbell hücumun məsuliyyətini daşıdığını etiraf etmişdi.

Pentaqonun bildirdiyinə görə, Əfqanıstan qüvvələri Taliban yaraqlılarının xəstəxanadan hücumlar həyata keçirdiyini bildirmişdi.

Sərhədsiz Həkimlər təşkilatı hesabatın yerli və beynəlxalq işçiləri ilə danışıqlardan sonra hazırlandığını deyir.

Hücum zamanı 13-ü xəstəxana işçisi olmaqla, 30 adam həlak olub. Öldürülüən 10 xəstə və digər 7 nəfərin kimliyi müəyyən edilməyib. Belə ki, onların cəsədləri tanınılmayacaq vəziyyətdədir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG