Accessibility links

Ebola virusuna qarşı mübarizə davam edir [Video]


Artıq iki həftədir Qərbi Afrikada Ebola virusu haqda yeni xəbər yoxdur. Lakin gələcəkdə bu virusun qarşısının alınması yolunda iş davam edir.

Qərbi Afrikada Ebola epidemiyasının qarşısı hələ alınmayıb. Milli Səhiyə İnstitutundan doctor Entoni Fosinin də bu xəstəliyin sona çatmadığını deyir. “Ebola epidemiyası bir də baş qaldıracaq. Tarix bizə Ebolanın sona çatmadığını deyir.”

1976-cı ildən bəri Ebola orada 20 dəfədən çox baş qaldırıb. Lakin bu ilə qədər bu virusa qarşı peyvənd yox idi. Bu peyvənd özündə Ebolanın Zair virusu ilə soyuqdəymə virusunu birləşdirir ki, nəticədə bu peyvnd Ebolanın Zair virusunu zəiflədir. Lakin insanlar xəstənlənmir. Alınan nəticələrə baxmayaraq, Ebola xəstəliyinə daha 3 müxtəlif virus növləri vasitəsilə yoluxula bilinər.

“Əldə edilən peyvənd yalnız bir virusa qarşıdır, digər virusların qarşısını ala bilməyəcək”. “Merck Vaccines”dən doktor Mark Faynberq deyir ki, alimlər bu peyvəndi soyuq virus - yəni VSV metodu əsasında hazırlayıblar və təhqiqatları heyvanlar üzərində aparıblar. Nəticələr ümidverici olub. “VSV metodu Zair Ebola virusuna qarşı uğurlu olub. Ebolanın başqa cərəyanlarına qarşı da effektiv olub.”

Fosinin dediyinə görə, Ebola epidemiyasından əvvəl alimlər Qərbi Afrikada ölümcül xəstəliklərə səbəb olan digər hemorragik - yəni qanaxmaya səbəb olan viruslara qarşı peyvənd axtarırdı. Bunların sırasında Eboladan əlavə Marburg və Lassa hemorragik virusları var idi. “Qərbi Afrikada Ebola virusunun yayılmasından əvvəl biz VSV metodundan Marburq, Lassa və Ebolaya qarşı vektor kimi istifadə edridik.”

Lassa Ebola qədər ölümcül olmasa da, Qərbi Afrikada hər il yarım milyon insandan çox insan bu xəstəliyə tutulur. Onlardan 5 minə qədəri bu xəstəlik səbəbindən dünyasını dəyişir.

Əsas məqsəd Qərbi Afrikada insanların əzabına səbəb olan və ciddi qanaxma ilə müşayiət olunan bütün viruslara son qoymaqdır.

XS
SM
MD
LG