Accessibility links

Hələbə bombalar yağır


Suriyanın müxalif Tiqa xəbər agentliyinin yaydığı videoda Hələb vilayətinin Darat İzza şəhərinə raket yağışı nümayiş etdirilir.

Görüntülərdəki güclü partlayış və şəhəri bürüyən tüstüyə hökumət və Rusiya qüvvələrinin bombardmanı səbəb olub.

​Hava hücumları nəticəsində 3 milki vətəndaşın həlak olduğu, 15-dən çox adamın yaralandığı bildirilir.

Rusiyanın Suriyanın ən böyük şəhəri olan Hələbdə elan etdiyi 10 saatlıq atəşkəs başa çatıb.

Hökumət isə rəqib döyüşçülərə təhlükəsiz korridorlarla şəhərin evakuasiyasına ultimatum verib.

Hələbdə 275 min mülki sakinin qaldığı təxmin edilir.

Şahidlərin dediyinə görə, rəqib qüvvələrin nəzarətində olan əraziləri tərk edən olmayıb. Baxmayaraq ki, hazırlıqlar insanların evkusiyasını nəzərdə tutur.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu son 8 gün ərzində 25-i uşaq olmaqla, 75 adamın öldürüldüyünü bildirib.

Suriya ordusu isə rəqib döyüşçülərin hücumları nəticəsində 80 adamın həlak olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG