Accessibility links

Suriya hökumət qüvvələri və üsyançılar ardıcıl olaraq iknci gün ölkənin şimalındakı Hələb şəhərində toqquşublar.

Fəallar dünən gecə baş verən döyüşləri indiyədək bu zonada ən şiddətli döyüşlər kimi təsvir ediblər. Hələb şəhəri uzun müddət prezident Bəşər Əsədə loyal qalıb.

Yerli Koordinasiya Komitələri adlanan fəallar şəbəkəsi bir çox sakinlərin şəhəri tərk etdiklərini bildirir.

Dəməşq sakinləri dünən küçələrdə çoxsaylı cəsədlər qoyan atışmaların ardınca şəhərdə sakitlik olduğunu deyirlərş

Cümə günü BMT Təhlükəsizlik Şurası monitorinq missiyasının müddətini 30 gün uzatmağa qərar verdi, amma qurumda Suriya böhranını həll etmək barədə dərin parçalanma var.

BMT elçisi Kofi Annanın sülh planının tərkib hissəsi olaraq 300 silahsız müşahidəçi Suriyada yerləşdirilmişdi. Lakin bu missiya çoxları tərəfindən qeyri-effektiv qiymətləndirilir.

BMT təxmin edir ki, cümə axşamından bəri Suriyadan Livana 30 min qaçqın gəlib. Türkiyədə qeydiyyatdan keçən suriyalı qaçqınların sayı isə 43 minə yüksəlib.
XS
SM
MD
LG