Accessibility links

BMT Suriyanın Hələb şəhərinə intensiv hücumlarının 1.75 million insanı susuz qoyduğunu bildirir.

BMT-nin Uşaq Agentliyiinin bəyanatında deyilir ki, əsas su electrik stansiyasına dəyən zərərin hücumların davam etməsinə görə təmiri mümkün deyil.

UNİCEF uşaqların xilası naminə su infrastrukturuna hücumların dayandırılması və stansiyanın təmirinə yol verilməsinə çağırıb.

Suriyada Əsəd hakimiyyəti üsyançıların əlində olan rayonları bombalamaqda bu gün də davam edib. Bu barədə «Reuters» xəbər yayıb. Bunu İnsan Hüquqları Müşahidəçiləri mərkəzi də təsdiqləyib.

Sentyabrın 24-də Hələbin şərq hissəsinə hava zərbələri endirilib. Şəhər sakinləri bildiriblər ki, bombalama nəticəsində 50-yə yaxın adam ölüb, onların arasında uşaqlar da var. Bundan əvvəl isə Hələb xəstəxanasından bildirilmişdi ki, minomyot hücumları nəticəsində 90-dan çox adam ölüb.

Sentyabrın 22-də hakimiyyət elan edib ki, müxalifətin əlində olan rayonlara hücumları davam etdirəcək.

Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs Hələbə gedən humanitar karvana hücumdan sonra pozulub.

Amerika hərbçiləri bunda Moskva hərbi aviasiyasını günahlandırıb. Moskva isə ittihamları rədd edir.

XS
SM
MD
LG