Accessibility links

Hava hücumları Suriyanın Hələb şəhərində iki böyük xəstəxananı hədəf alıb.

Hücumlar xəstəxananın fəaliyyətini müvəqqəti olaraq dayandırmasına və şəhərdə tibbi yardım xidmətinin məhdudlaşdırılmasına səbəb olub.

M2 və M10 xəstəxanaları Hələbdə prezident Bəşar Əl-Əsədə qarşı döyüşən üsyançıların nəzarətində olduğu hissədə yerləşir.

Hücumların məsuliyyətini dərhal üzərinə götürən olmasa da, Suriya ordusu, müttəfiqi Rusiya və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri hücumlarla bağlı bir-birini günahlandırır.

Suriya qüvvələri Hələb şəhərinin nəzarətini ələ keçirmək üçün bu həftə yenidən hücuma keçib.

Bu əməliyyatlar Hələb şəhərinə humanitar yardımın çatdırılmasına imkan yaradılması məqsədilə əldə olunan atəşkəsə dair razılığın pozulmasından sonra başlayıb. Şəhərə humanitar yardımla bir neçə yük çatdırılsa da, daha sonra yardım karvanları hava hücumlarının hədəfinə çevrilib.

XS
SM
MD
LG