Accessibility links

Hələb ətrafındakı kəndlərdə minlərlə suriyalı hökumətin Rusiyanın hava hücumlarının dəstəyi ilə quruda hücumu qarşısında evlərini tərk edir. Bu, Rusiyanın hərbi müdaxiləsi başlayandan Suriyada dörd ildən çoxdur davam edən vətəndaş müharibəsinin gedişində həyata keçirilən dörd əsas hücumdan biridir.

Digər üçün hücum Homs, Hama və Latakiya vilayətlərində ucqar yerlərdə həyata keçirilib.

Rusiyanın üç həftə bundan əvvəl başlayan hərbi müdaxiləsindən sonra üsyançıların ələ keçirdiyi şəhər ətrafı ərazilərdə hökumət qüvvələri tərəfindən quruda genişmiqyaslı hücum keçirilməyib.

Yarı-hərbi dəstələrin komandirləri bildirir ki, prezident Bəşar Əl-Əsədin strategiyası əsas şosse yollarına nəzarətin ələ keçirilməsi və Suriyanın şimalında üsyançıların nəzarətində olan böyük şəhərlərin mühasirəyə alınması üzərində mərkzələşib.

BMT-nin təxminlərinə görə, Hələb ətrafında kəndlərdə 35 min sakinin evlərini tərk edir. Bu insanlar Xan, Tuma və Əl-hader kəndləri ətrafında Rusiyanın aramsız və ərqinə varmadan həyata bomba hava hücumlarından canlarını qurtarmağa çalışır.

XS
SM
MD
LG