Accessibility links

Suriyada təxliyyə konvoyuna hücum olub


Suriyanın Hələb şəhəri yaxınlığında təxliyyə edilən minlərlə insanı daşıyan avtobus karvanı bomba hücumuna məruz qalıb. Çox sayda insanın öldüyü və yaralandığı bildirilir.

Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, bomba Hələbin əsas etibarilə şiə sakinlərini daşıyan avtobusu partladıb. Sakinlər evlərini tərk etməyə razı olaraq təxliyyə haqda razılıqdan sonra Fuaa və Kafraya kəndlərindən Hələbə səfər edirdi.

Suriyanın dövlət televiziyası Raşidin şəhərinda partlayış zamanı 22 nəfərin həyatını itirdiyi haqda məlumat verib. Suriyada İnsan Haqlarını Müşahidə qrupu partlayışın maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində baş verdiyini bildirib. Qrup ölənlərin sayının 24 olduğu haqda məlumat verib.

Minlərlə suriyalı mühasirədə olan dörd şəhərdən qaçaraq evlərini tərk etdikdən sonra bir gündür Hələb yaxınlığındakı yollarda qalıb.
Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, mülki əhalinin şəhərə girişinin qarşısı üsyançı qüvvələr tərəfindən alınıb. Onlar təxliyyəyə dair keçən ay İran və Qətər tərəfindən əldə edilmiş razılığın şərtlərinə əməl olunmadığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG