Accessibility links

Suriyanın əsas ticarət mərkəzi olan Hələb üzərində nəzarət həm hökumət, həm də müxalifət üçün böyük əhəmiyyət daşıyır

Suriyada hökumət qüvvələrinin Hələbdə üsyançılara qarşı tanklar və artilleriyadan istifadə etdiyi xəbər verilir.

Britaniyada qərargahlanan Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu şəhərin cənub-qərb hissəsində şiddətli döyüşlərin getdiyini bildirir.

Suriyanın əsas ticarət mərkəzi olan Hələb üzərində nəzarət həm hökumət, həm də müxalifət üçün olduqca böyük əhəmiyyət daşıyır.

Müxalif Suriya Milli Şurası hökumətin şəhərdə qətliam törətməyə hazılaşdığını bildirərək, BMT Təhlükəsizlik Şurasını Hələbə dair fövqəlada sessiya keçirməyə çağırır.

Döyüşlərin şiddətləndiyi bir vaxt Suriyanın Xarici İşlər naziri Valid Müallim İrana əvvəlcədən elan edilməmiş səfər edib. Suriyanın əsas müttəfiqi olan İran paytaxtı Tehranda birgə mətbuat konfransında Müallim Hələbdə hökumət əleyhdarı qüvvələr üzərində qələbə çalınacağını bildirib.

İranın Xarici İşlər naziri Əli Əkbər Salehi Əsəd hökumətinin süqutat uğradığı təqdirdə bunun region üçün nəticələri ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG