Accessibility links

Hələbdə hospitala 2 çəllək bombası atılıb


Yardım işçiləri deyir ki, Suriyada Hələb şəhirinin üsyançıların nəzarətində olan yarı hissəsinin ən böyük xəstəxanası son bir neçə gündə dünən ikinci dəfə bombalanıb. Suriya hökumət qüvvələri və onların rus müttəfiqləri şəhəri tam nəzarəti ələ keçirməyə çalışır.

Suriya İnsan Haqlarını müşahidə qrupu Hələbdə 300 mindən çox sakinə xidmət etmək üçün 30 həkimin qaldığı bildirib.

Suriya Amerika Tibb Cəmiyyətinin sözçüsü bildirib ki, M-10 hospitalı iki cəllək bombasının hücumuna məruz qalıb. Hücum zamanı binada tibbi heyət bir qrup xəstə üzərində əməliyyat aparırmış.

Adham Sahloul jurnalistlərə açıqlamasında dağıntılar altında az sayda tibbi personal və pasient qalıb. Hospitala atılan ilk bomba çərşənbə günü bir neçə insanın ölümünə səbəb olmuşdu.

Suriya İnsan Haqlarını müşahidə qrupu Hələbdə 300 mindən çox sakinə xidmət etmək üçün 30 həkimin qaldığı bildirib. Hökumət qüvvələri isə şəhərin şimalını ələ keçirmək üçün hücumlarının intensivliyini dayanmadan artırmaqdadır. Hücumlar əsas bölgənin əsas məhəllələrinə qarşı həyata keçirilir.

Müşahidəçilər bildirir ki, son gün hava hücumları nəticəsində 20 nəfər həlak olub. Onlardan altısının uşaq olduğu deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG