Accessibility links

BMT-nin təcili yardımlar üzrə koordinatoru 275 min insanın su, ərzaq və tibbi ləvazımata ehtiyacı olan Suriyanın Hələb şəhərinə buraxılmamasını ürək ağrısı ilə qarşıladığını bildirib.

ABŞ və Rusiyanın vatisəçiliyi ilə əldə edilən atəşkəs şəhərə yardımların çatdırılmasını təminat altına almalı idi.

Suriya xalqı uzun zamandır iztirab içərisindədir. Milyonlarla insan dəhşətli zorakılıqların qurbanıdır

Atəşkəsə son qoyulduğu rəsmən elan edilməsə də qərib qüvvələrin mövqelərinə qarşı hücumlar və koalisiya qüvvələrinin onlarla suriyalı əsgərin ölümünə səbəb olan zərbələri atəşkəsin başa çatdığına işarədir.

BMT-nin humanitar yardımlar üzrə baş katibinin müavini Stefen Obrayan qurumun Hələbə yardımlar çatdırılmasını tələb etdiyini bildirib.

"Suriya xalqı uzun zamandır iztirab içərisindədir. Milyonlarla insan dəhşətli zorakılıqların qurbanıdır. Xüsusilə də əlşatmaz bölgələrdə”- deyə Obrayan bəyanatında açılayıb.

Suriya müharibəsinə təsiri olan ABŞ və Rusiya rəqin tərəflərə dəstək verir.

Dünən ABŞ dövlət katibi Con Kerri Suriya prezidenti Bəşər Əl-Əsədi yardımlara mane olmaqda günahlandıraraq, Rusiyanı ona əlavə təzyiqlər göstərməyə çağırıb.

XS
SM
MD
LG