Accessibility links

Dənizə düşmüş helikopterin ekipaj üzvlərinin cəsədi tapılıb


Qəzaya düşmüş helikopterin axtarışı

Qəzaya düşmüş helikopterin axtarışı

Hərbi helikopterin qara qutusu da tapılıb. Qəzanın səbəbləri məlum deyil

Fevralın 12-də səhər xilasedicilər bir gün əvvəl Şıx çimərliyi ərazisində qəzaya uğramış Mİ-17 hərbi helikopterin komandiri, kapitan Yaşar Əhmədovun cəsədini tapıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirilib.

Hadisə yerində olan şahidlərin məlumatına görə, helikopterin qara qutusu tapılıb. Lakin bu, hələlik rəsmən təsdiqlənmir.

Xatırladaq ki, bundan əvvəl ekipajın digər iki üzvü – baş leytenant Rüstəm Rüstəmovun və leytenant Bəhruz Zeynalovun cəsədləri tapılıb.

Qəza ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-17 helikopteri Bakının Qala aerodromundan Kürdəmirə uçurmuş. Fevralın 11-də saat 10:30-da naməlum səbəblərdən Qaradağ rayonunda sahildən 300 metr məsafədə dənizə düşüb.
XS
SM
MD
LG