Accessibility links

Əfqanıstanda iki koalisiya əsgəri öldürülüb


NATO-nun bildirdiyinə görə, Əfqanıstanda polis uniforması geymiş şəxs tərəfindən iki koalisiya əsgəri öldürülüb.

Əfqan rəsmiləri hücumçunun Helmənd vilayətində Britaniya əsgərlərinə hücum etdiyini bildirir.

NATO-nun sözçüsü, briqada generalı Günter Katz müxbirlərlə söhbəti zamanı Əfqanıstanın təhlükəsizlik qüvvələri tərəfindən qaçmağa cəhd edən hücumçunun təqib edildiyini deyib.

Bu il Əfqanıstanda 53 koalisiya əsgəri öldürülüb. NATO hücumların əksəriyyətinin Taliban tərəfindən həyata keçirildiyini bildirir.
XS
SM
MD
LG