Accessibility links

Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)


Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)
Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)

Vaşınqtonda Birləşmiş Ştatların Helsinki Komissiyası bir il əvvəl Qırğızıstanda baş vermiş zorakılıqlar və hələ də davam edən insan hüquqlarının pozulması faktları ilə əlaqədar dinləmələr keçirib. Dinləmələrdə Qırğızıstan hadisələrinə dair müstəqil beynəlxalq təftiş komissiyasının sədri Kimmo Kilyunen bir neçə ay aparılmış fakt-araşdırıcı missiyadan sonra hesabatını təqdim etmişdir.

Onun sözlərinə görə Oş şəhərində bəşəriyyətə qarşı cinayətlər baş vermişdir. Xüsusilə də iyun ayının 11-dən 13-ə qədər özbəklərin yaşadığı məhəllələrdə dinc əhaliyə qarşı zorakılıqlar tətbiq edilmişdir.

ABŞ konqresmeni Kristofer Smit deyib ki, Qırğızıstanın cənubunda özbəklərə qarşı əsassız həbslər, işkəncələr və ədalətsiz məhkəmələr bu gün də davam edir. O bu halı təəssüfedici adlandırıb. O deyib ki, belə mürəkkəb münaqişədən sonra ölkələr arasında ədalətin və inamın bərpa olması çətin görünür. Onun sözlərinə görə, ölkədə millətçilik və ədavət hissi güclüdür.

Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)
Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)

Hesabatın açıqlanmasından sonra Roza Otumbayeva komissiya ilə əməkdaşlıq edərək, hesabatda verilmiş tövsiyələrin nəzərə alınacağına söz vermişdi. Lakin sənəd parlamentdə narazılıqla qarşılanmış və Kimmo Kilyunen ölkədə arzuolunmaz şəxs hesab edilərək, onun Qırğızıstana daxil olması qadağan edilmişdir.

Dinləmələrdə iştirak edən Qırğızıstan Respublikasının ABŞ-dakı səfiri Muxtar Cunaliyev hesabatın əhəmiyyətini vurğulayıb. Lakin o, sənədin birtərəfli mövqeyi əks etdirdiyinə görə hökumətin hesabata düzəlişlər etməli olduğunu bildirdib. Onun sözlərinə görə komissiyanın nəticələri regionda siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olmamalıdır.

Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)
Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)

Muxtar Cunaliyev: `İyun hadisələrində qırğızlarla özbəklərin bir-birinə yardım etməsi, bir-birini xilas etməsi halları olub. Bunlar hesabatda əks etdirilməyib. Bu faktlar hesabatdan kənarlaşdırılıb.`

Con Hopkins Universitetinin professoru Əlişer Həmidov da 2010-cu il hadisələri zamanı baş vermiş bəzi məqamların Kilyunenin hesabatında göstərilmədiyini qeyd edib.

Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)
Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib (video)

Əlişer Həmidov `Bu hallar düzgün təhlil olunmadığı təqdirdə, Qırğızıstanda qarşıdurma davam edəcək. Qırğızıstanda parlament hazırda prezidentin səlahiyyətinə aid məsələlərlə bağlı qərar verir, konstitusiyaya yerli-yersiz dəyişikliklər edir. Bu, aradan qalxmalıdır. Prezident üzərinə düşən səlahiyyətə tam sahib olmalıdır. Konstitusiyaya dəyişiklik etməyə son qoymaq lazımdır. Bir və yekun konstitusiya qanunu qəbul edilməli və bu qanun həyata keçirilməlidir.`

Cənab Həmidov rejimin zorakı yolla dəyişdirilməsi və qanlı etnik toqquşmaları Qırğızıstan və qonşu ölkələri müstəqillik dövründən bürüyən daha geniş və hələ uzun müddət davam edəcək problem və xroniki xəstəliyin simptomları adlandırıb. O deyib ki, problemlər həll olmasa, Qırğızıstanda gərgin vəziyyət davam edəcək.

XS
SM
MD
LG