Accessibility links

Helsinki Komissiyası Qırğızıstandakı vəziyyətlə bağlı dinləmələr keçirib


Helsinki Komissiyası Qırğızıstandakı vəziyyətlə bağlı dinləmələr keçirib
Helsinki Komissiyası Qırğızıstandakı vəziyyətlə bağlı dinləmələr keçirib

Təhlilçilərin fikrincə, iyun ayında baş qaldıran etnik zorakılıqlar Qırğızıstanı uçuruma sürükləyib

Bu həftə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası, başqa sözlə Helsinki Komissiyasının liderləri Qırğızıstandakı vəziyyətlə bağlı dinləmələr keçirib.

Helsinki Komissiyasının həmsədri, konqresmen Elsi Hestings deyib ki, bu gün Qırğızıstanda vəziyyət sabitləşsə də, hadiscərəyanının hansı səmtə yönələcəyi məlum deyil. “Qırğızıstan seçiciləri regionda parlament sisteminin əsas götürülməsinə dair ferenduma müsbət səs veriblər.Lakin bu eksperimetin baş tutub-tutmayacağı bəlli deyil, etnik özbəklərlə qırğızlar arasındakı gərginliyin aradan qaldırılması uzunmüddətli sabitliyin əsas amillərindəndir”-deyə konqresmen bildirib.

“Orta Asiyada Qırğızıstan yüksək inkişaf etmiş vətəndaş cəmiyyələrinə malikdir. Lakin bu ölkənin korrupsiyalaşmış avtoritar rejimi dünyanın bir çox yerində olduğu kimi Qırğızıstanı inkişaf yolundan yayındırıb”.

Bəzi təhlilçilərin fikrincə, iyun ayında baş qaldıran etnik zorakılıqlar Qırğızıstanı uçuruma sürükləyib.Qurmanbek Bakiyevin dövründə Qırğızıstanın ABŞ-dakı səfiri Zamirə Siddigova yaranmış vəziyyətə görə müvəqqəti hökuməti günahlandırır.

“Hökumətin yararsızlığı aydın şəkildə göründü. Bu, aprel hadisələrindən sonra nəyin bahasına olursa-olsun hakimiyyətin əldə saxlanması cəhdi idi”.

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə yardımçısı Robert Bleyk Konresdə keçirilən dinləmələr zamanı Qırğızıstanın cənubunda vəziyyətin gərginliyindən danışmışdı.

“Qırğızıstanın cənubunda etnik özbəklərin bizneslərinin əksəriyyəti bağlıdır. Bir çoxları sığınacaqlarda qaldıqları üçün iş yerlərinə qayıda bilmir. ”

Robert Bleyks deyib ki, ABŞ barışıq səyləri sahəsində atılan addımları alğışlayır.

ATƏT Qırğızıstanın cənubuna 52 nəfərdən ibarət polis məsləhət qrupunun göndərilməsinə qərar verib. Qırğızıstanda 4 ay qalacaq bu heyətin mandatı uzadılsa,onlara daha 50 zabit əlavə ediləcək. Qırğızıstanda oktyabr ayına təyin edilən parlament seçkilərinə hazılaşılan vaxt zorakılıqların yenidən baş qaldıracağına dair qorxular mövcuddur.

XS
SM
MD
LG