Accessibility links

Helsinki Komissiyası ATƏT haqda dinləmə keçirdi

  • Əsgər Möhsümoğlu

Helsinki Komissiyası ATƏT haqda dinləmə keçirdi

Helsinki Komissiyası ATƏT haqda dinləmə keçirdi

Dövlət katibi yarımçısı Alexander Vershbow-un yazılı nitqinin həll olunmamış münaqişələr hissəsində Dağlıq Qarabağ sülh danışıqlarına toxunulur. Sənəddə qeyd olunur ki, ABŞ ATƏT Minsk Qrupu ilə münaqişənin həlli yolunda sıx əməkdaşlıq edir və tərəflərin sülh prosesində əsas prinsiplər üzərində razılığa gəlməsinə önəm verir. Təəssüflə Azərbaycan və Ermənistanın bu sahədə irəliləyiş edə bilmədiklərini qeyd edən ABŞ rəsmisi Rusiya prezidenti Dmitri Medvedevin yeni təşəbbüslə çıxış etdiyini, lakin proqres şanslarının qeyri-müəyyən qaldığını bildirdi.

İyulun 28-də ATƏT Helsinki Komissiyası ABŞ-ın ATƏT-lə bağlı siyasətinə dair dinləmə keçirib. Dinləmədə Vaşinqtonun beynəlxalq quruma yönəlik strategiyasının istiqamətləri və əsas prioritetlər müzakirə olunub.

Dinləmənin açılışına ATƏT Helsinki Komissiyasının sədri Chris Smith başçılıq edirdi. New Jersey-dən olan konqresmen ATƏT-də təşkilatdaxili islahatlar aparılmasının vacibliyini vurğulayaraq qeyri-demokratik üzv hökumətlərin qurumun humanitar səylərinə maneçilik törtəməyə çalışdıqlarını bildirdi. Cənab Smith qeyd etdi ki, ATƏT insan haqları və demokratiya sahələrinə xüsusi diqqət yetirməlidir.

İlk öncə çıxış edən dövlət katibinin yardımçısı Philip H. Gordon ABŞ-ın ATƏT-lə bağlı məramlarını paylaşdı. Cənab Gordon Amerika və Avropanın ümumi dəyərlər bölüşdüyünü, sıx iqtisadi təmaslarını vurğuladı. Onun sözlərinə görə təsis olunduğu gündən ATƏT ABŞ üçün dünya boyu insan haqları, fundamental azadlıqlar və demokratik təsisatları təşviq etməkdə mühüm mexanizm funksiyasını daşımaqdadır. Sonuncu Astana sammitinin ardınca ATƏT regionunda qeydə alınan geriləmələrə diqqət yetirən Philip Gordon Belarusu xüsusi qeyd etdi.

"Saxtakarlıqların qeydə alındığı prezident seçkilərinin ardınca Belarus hökuməti müxalifətə və müstəqil mediaya qarşı davamlı və qəddar basqılara başladı. Hökumətin israrlı tələbi qarşısında ATƏT-in Minskdəki ofisi qapandı," deyə o, bildirdi.

Bundan əlavə Rusiya və Orta Asiya ölkələrindəki hüquq pozuntularından söz açan cənab Gordon Litvanın ATƏT sədarətinə keçməsindən sonra görüləcək işlərə ümidlə baxdığını söylədi.

ABŞ Dövlət Katibinin Demokratiya, İnsan haqları və Əmək Məsələləri üzrə yardımçısı Michael Posner rəhbərlik etdiyi şöbənin ATƏT-lə insan haqları yönümündə əməkdaşlığından danışdı. O, vurğuladı ki, Sovet İttifaqı dağılandan bəri ATƏT regionunda əhəmiyyətli dəyişikliklər baş verib. Belarus, Rusiya və Özbəkistanda davam edən insan haqları pozuntularını vurğulayan cənab Posner ATƏT məkanında sivil cəmiyyətlərin inkişafı naminə gələcək planlara toxundu. "Avqustun ortalarında biz ATƏT məkanında insan haqları fəallarının virtual şəbəkəsinin yaradılması barədə təklifi nəzərdən keçirəcəyik. Biz bu layihəni Helsinki 2 adlandıracağıq," deyə cənab Posner bildirdi.

Beynəlxalq Təhlükəsizlik üzrə Dövlət Katibi yardımçısı Aleksandr Vershbow Astana sammitində əldə olunan nailiyyətləri önə çəkdi. Onun sözlərinə görə Rusiyanın ATƏT-ə üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünü vurğulayan hərəkət planına dəstək verməməsinə baxmayaraq, Astana bəyannaməsində ölkələrin öz təhlükəsizlik strategiyasını müəyyən etməkdə müstəqilliklərini təsdiq etməsi və 56 üzv dövlətin “azad demokratik, ümumi və vahid Avro-Atlantik məkan” ideyası qarşısında öhdəliyi öz əksini tapmış oldu.

Cənab Vershbow-un yazılı nitqinin həll olunmamış münaqişələr hissəsində Dağlıq Qarabağ sülh danışıqlarına toxunulur. Sənəddə qeyd olunur ki, ABŞ ATƏT Minsk Qrupu ilə münaqişənin həlli yolunda sıx əməkdaşlıq edir və tərəflərin sülh prosesində əsas prinsiplər üzərində razılığa gəlməsinə önəm verir. Təəssüflə Azərbaycan və Ermənistanın bu sahədə irəliləyiş edə bilmədiklərini qeyd edən ABŞ rəsmisi Rusiya prezidenti Dmitri Medvedevin yeni təşəbbüslə çıxış etdiyini, lakin proqres şanslarının qeyri-müəyyən qaldığını bildirdi.

Yekun olaraq dinləmə iştirakçıları razılaşdılar ki, ATƏT-in insan haqları idarəsini gücləndirmək mühümdür. Eyni zamanda təşkilatın idarəçilik mexanimzi tənqid olundu. Dinləmənin ikinci hissəsində ifadə verən kənar müşahidəçilər Michael Haltzel və Catherine Fitzpatrick Rusiya və başqa qeyri-demokratik rejimlərin ATƏT daxilində öz agendalarını yürütməyə çalışmalarından narahatlıqlarını izhar etdilər. Onlar Rusiyanın ATƏT-lə bağlı məramlarının səmimi olmaması barədə qənaətlərini bölüşdülər, və bu üzdən Moskvanın təşkilat daxilindəki nüfuzunu məhdudlaşdırmağı tövsiyə etdilər.

XS
SM
MD
LG