Accessibility links

Helsinki komissiyasının dinləmələrində Azərbaycanda internet azadlığı müzakirə olunub

  • Ulviyyə Əsədqızı

Helsinki komissiyasının dinləmələrində Azərbaycanda internet azadlığı müzakirə olunub

Helsinki komissiyasının dinləmələrində Azərbaycanda internet azadlığı müzakirə olunub

Dinləmələrdə keçmiş SSR-i məkanı ölkələri, Çin və Türkiyədəki vəziyyət barədə çıxışlar olub

“Ərəb ölkələrindəki üsyanlardan sonra Azərbaycan hökumətinin internetə nəzarəti güclənib. Hökumət durmadan tənqidi saytlara girişi blok edir. Bunların arasında müxalifyönümlü qəzetlərin səhifələri, müxtəlif saytlar, o cümlədən, Azadlıq və Azad Avropa Radioları Korparasiyasının (Azadlıq Radiosu) Azərbaycan xidməti də var”.

Bunu “Freedom House” beynəxalq insan haqları təşkilatının prezidenti Devid Kramer iyulun 15-də ABŞ –ın paytaxtı Vaşinqtonda Helsinki Komissiyası (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) nın internet azadlığı ilə bağlı keçirdiyi dinləmələrdə deyib. Dinləmələrdə keçmiş SSRİ-i məkanı ölkələrində, o cümlədən, Çində internet azadlığının vəziyyəti müzakirə olunub. Çıxışın Azərbaycanla bağlı hissəsində Kramer xatırladıb ki, gənc fəallar Bəxtiyar Hacıyev və Savalan Cabbar da internetdə fəal olduqlarına görə həbs olunublar.

ƏN QƏDDAR QADAĞALAR VASİF TALİBOVUN GÖSTƏRİŞİ İLƏ QOYULUR

Kramer internet azadlığının daha qəddarcasına xüsusilə Naxçıvanda, Parlementin sədri Vasif Talıbovun şəxsi tapşırığı ilə pozulduğunu deyib. Kramer müxalifət fəallarının Facebook səhifələrinin də dəfələrlə blok olunduğunu diqqətə çatdırıb.

TÜRKİYƏ 14 MİNDƏN ÇOX İNTERNET SAYTI BLOK EDİB

Dinləmələrə sədrlik edən Chris Smith deyib ki, tədbiri təşkil etməkdə məqsəd dünyanın diqqətini bu məsələyə çəkməkdir: “Təəssüf ki, Belorus Tvitter və Face book- u blok edib və müvəqqəti olaraq müxalifyönümlü internet saytlarını bağlayıb. Türkiyə 14 mindən çox internet saytı blok edib və yayımlanan materialların məzmununa nəzarət edir. Qeyd edim ki, ATƏT məkanında internetə bu miqyasda hökumət nəzarətinə rast gəlinməmişdi”.

ABŞ dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək üzrə müşaviri Daniel Baer də Türkiyədə senzuranın geniş vüsət aldığını vurğulayıb və bildirib ki, bu məsələni diqqət mərkəzində saxlamağa ehtiyac var.

ÇİNİN SENZURA TEXNOLOGİYALARI VƏ AZƏRBAYCAN

Tədbirdə qaldırılan suallardan biri də Çinin dünyaya internetə senzura təcrübəsini, xüsusilə də internet azadlığına müdaxilə üçün texnologiyalar yayıb-yaymaması ilə bağlı oldu.

Tədbir iştirakçılarının bəziləri bu məqamla razılaşsalar da, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatavoç Azərbaycanı misal çəkərək vurğuladı ki, bu ölkədə hökumət internet fəallarını müəyyənləşdirmək və həbs etmək üçün heç də xüsusi texnologiyadan istifadə etmir: “Onların Facebook profillərini izləmək hökumətə bu cür həbs barədə qərar verməyə kifayət edir”.

ONLİNE REPRESSİYA

Toronto Universitetinin alimi Rafal Rohozinki isə bildirib ki, bu regionda artıq online repressiya müşahidə olunmaqdadır və ATƏT internet azadlığını əsas monitorinq obyektlərindən birinə çevirməlidir.

Global Voice - dünya üzrə bloqqerlərin, yazarların və tərcüməçilərin birliyinin icraçı direktoru İvan Sigal region üzrə hökumətlərin internetə nəzarət metodlarını sadalayıb:

“Məsələn, Rusiya, Qazaxıstan və bu günlərdə Macarıstan interneti mətbuat orqanı kimi müəyyənləşdirən qanun qəbul edib. Rusiya, Özbəkisytan, Qazaxıstan, Ukrayna və Belurusda təhlükəsizlik orqanlarının internet istifadəçilərinin online fəaliyyətinə nəzarəti qanuniləşdirilib. Terror, pornoqrafiya, nifrət çıxışları kimi kontentə nəzarət leqallaşdırılıb. Hökumətlər internetin qiymətini aşağı salmır və provayderlərə təzyiq göstərir, sosial şəbəkələrə nəzarət edir, tənqidi sosial şəbəkələrə alternativ olaraq pulla yazarlar, PR menecerlər tutub, öz xeyrinə yazılar yazdırır, istifadəçilərin özlərinə, ailələrinə təzyiq edir, onları həbsə atır”.

XS
SM
MD
LG