Accessibility links

Amerikada həmcins nikah debatı [Video]


Kentukki məhkəməsinin qərarı ilə eynicinslilərin nikah şəhadətnaməsini sənədləşdirməkdən imtina edən qadın azadlığa buraxılıb. Kim Devisin həbsi ABŞ-ın Ali Məhkəməsinin homoseksualların nikahını qanuniləşdirməsindən 2 ay sonraya təsadüf edir. Hazırda Amerikada bu kimi nikahların lehinə və əleyhinə olanlar arasında debatlar vüsət alıb.

Eynicinslilərin nikah şəhadətnaməsini sənədləşdirməkdən imtina edən Kim Devis 6 gün nəzarət altında saxlandıqdan sonra Qreyson həbsxanasından azad edilib.

Federal hakim onun azadlığa buraxılmasını Kimin işçilərinin and içərək məhkəmənin hökmünə riayət edəcəkləri və qanuni şəkildə evlənməyə haqqı olan bütün vətəndaşların şəhadətnamə ilə təmin edəcəklərinə söz verməsi ilə izah edib.

Hakim Devising şahadətnamələrin verilməsi prosesində iştirak etməyəcəyinə dair hökm çıxarıb.

Kim ABŞ prezidentliyinə respublikaçı namizəd Mayk Hakabi, vəkili Mat Stever və həyat yoldaşı Co ilə bərabər onu alğışlayan kütləyə üz tutub.

"Təşəkkür edirəm. Sizi çox sevirəm. Mən Allahın böyüklüyünə inanıram. Allahın yaratdığı insanlar yürüş keçirir. Siz mətinsiiniz."

Apostol xristianı olan Devis homoseksualların nikahının onun inancına zidd olduğunu iddia edir.

Stever bildirib ki, o, yalnız dininə etiqad edir. Bunun üçün həbs edilməməlidir.

"Kim etiqadı və qanuna riayət edir. Şəhadətnamələrə gəldikdə isə bu qanun nizamnamədə yoxdur. Belə ki, Kentukki ştatının Baş Assambleyası bu dəyişikliyi həyata keçirməyib."

Baptist keşiş, Arkanzasın sabiq qubernatoru Hakabi Ali Məhkəmənin homoseksuallarının nikanını qanuniləşdirməsini tənqid edir. Hökm 5 hakimdən 4-ü tərəfindən təsdiq edilmişdi.

"Biz insanların idarə etdiyi, sülh naminə dəyişikliklərə gedən ölkəmizin 5 seçilməmiş hüquqşünas tərəfindən qanunları dəyişməklə kül qalıqları olmasını görmək istəmirik. Biz buraya onların bunu etmələrinə icazələri yoxdur demək üçün toplaşmışıq."

Devis həbsdə ikən ştatda bir neçə cütlük evlənərək nikah şəhadətnamələrini ala bilib.

XS
SM
MD
LG