Accessibility links

Bencamin Franklin Transatlantik Təşəbbüsünün azərbaycanlı təqaüdçüləri [Video]


Azərbaycandan Birləşmiş Ştatlara Bencamin Franklin Transatlantik Təşəbbüsünün təqaüdçüləri kimi gəlmiş iki gənc qız Amerikanın Səsinin qonağı olublar. Xidmətimizlə söhbətdə Kürdəmirli Həmidə Talıbova və Bakılı Fatimə Kərimli Franklin təqaüdünü necə qazandıqlarını, ingilis dilini öyrənmək üçün göstərdikləri səyləri təsvir ediblər. Səfər əsnasında Şimali Karolina, Filadelfiya və Vaşinqtonda olan gənclər Amerika haqda təəssüratlarını paylaşıblar.

Mövcudluğunun yeddinci ilinə daxil olan Bencamin Franklin Transatlantik Təşəbbüsü iyunun 30-dan iyulun 26-dək gənclərin Amerikadakı səyahətini təşkil edir. Proqramın məqsədi avropalı və amerikalı gənclər arasında münasibətləri inkişaf etdirmək, paylaşılan ümumi dəyərləri möhkəmləndirmək, azadlıq və əməkdaşlıq prinsipləri ilə tanışlığı artırmaqdır. İnstitutun ilham mənbəyi dini tolerantlığı yüksək dəyərləndirmiş, sosial mobilliyi sinfi imtiyazlara üstün tutmuş və bütün varlığı ilə azad sözə inanmış Amerikanın qurucu babalarından olan Bencamin Franklindir.
Azərbaycanlı gənclər Amerikada
please wait

No media source currently available

0:00 0:05:53 0:00
Direct link
XS
SM
MD
LG