Accessibility links

Həmsədrlər regiona səfərin yekunları ilə bağlı bəyanat yayıb


ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT sədrinin xüsusi nümayəndəsi səfir Anjey Kasprşik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək məqsədi ilə martın 18-22-si və aprelin 1-6-sı aralığında regiona səfər edib.
Bu gün Avtriyanın paytaxtı Vyanada həmsədrlər Minsk Qrupuna daxil olan ölkələrin səfirlərini səfər barədə məlumatlandırıblar.

Yerevanda martın 21-də həmsədrlər prezident Sarkisyan və xarici işlərə naziri Nalbandyanla görüşüb. Bakı da isə aprelin 2-də president İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirilib. Martın 19-20-si və aprelin 4-5-də həmsədrlər Dağlıq Qarabağa iki ayrı səfər zamanı görüşlər keçirib.

Həmsədrlər prezidentlərlə Dağlı Qarabağ hava limanına mülki uçuşlar məsələsini müzakirə ediblər. Bəyanatda həmsədrlərin qarşıdakı həftələrdə xarici işlər nazirləri ilə görüşünün planlaşdırıldığı deyilir.
XS
SM
MD
LG