Accessibility links

Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş dövlət katibi Henri Kissencer III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün aprelin sonunda Azərbaycana gələcək.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Henri Kissencerin “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı planlaşdırılıb.

O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, 2014-cü ildə Mərkəzin xüsusi Qızıl medalı ilə təltif olunub.

H.Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri (1973-1977), keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır.

III Qlobal Açıq Cəmiyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda keçiriləcək. Forumda 75 ölkədən 350-dək yüksək səviyyəli dövlət xadimi, siyasətçi, ekspert və alimin iştirakı nəzərdə tutulub.

XS
SM
MD
LG