Accessibility links

Əfqanıstanın Herat vilayətində bomba hücumu 4 adamın ölümünə yol açıb


Əfqanıstanın Herat vilayətində bomba hücumu 4 adamın ölümünə yol açıb. Hadisə zamanı 3-ü polis işçisi olmaqla, 12 nəfər xəsarət alıb.

Hücum Heratda 14 adamın ölümü ilə nəticələnən bomba partlayışından bir neçə gün sonra həyata keçirilib. Uzaqdan idarə edilən qurğu Ramazan bayramı bazarlığına çıxan insanları hədəf alıb.

Bu arada, Böyük Britaniyanın Müdafiə Nazirliyi Əfqanıstanın cənubunda bir əsgərinin həlak olduğunu bəyan edib. Nazirliyin bəyanatında deyilir ki, əsgər Helmənd vilayətinin Nəhri Sərac rayonunda vəzifəsini icra edərkən öldürülüb
XS
SM
MD
LG