Accessibility links

Herat şəhərində iki intiharçı hücumu baş verib


Herat şəhərində iki intiharçı hücumu baş verib

Herat şəhərində iki intiharçı hücumu baş verib

Əfqanıstanın qərbindəki Herat şəhərində iki intiharçı hücumu nəticəsində dörd adam ölmüş, 20-dən çox adam yaralanmışdır.

Rəsmilər deyirlər ki, Talibanın məsuliyyətini üzəırinə götürdüyü hücumlar şəhərin izdihamla gur olan hissəsində İtaliya hərbi bazasını hədəf alıb.

Həmin qərargahda italiyalı mülki və və hərbi heyətlər vilayətdəki yenidənqurma işlərinə rəhbərlik edirlər.

Herat iyul ayında əfqan təhlükəsizlik qüvvələrinə təhvil veriləcək yeddi şəhərdən biridir.

Bu arada Əfqanıstandakı xarici qüvvələrşənbə günü NATO hava zərbələri nəticəsində ölkənin cənubunda baş verən mülki vətəndaş itkilərinə görə üzr istəyiblər. Helmənd vilayətində həyata keçirilən hava zərbələri nəticəsində doqquz mülki vətəndaş həlak olub.

XS
SM
MD
LG