Accessibility links

Yanvar-may aylarında 38 hərbçi dünyasını dəyişib


Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi_logo

Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi_logo

63 nəfər hərbçi isə yaralanıb

2014-cü ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda insan itkiləri 38 nəfər təşkil edib. Ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyasını dəyişənlərin 8-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 27-si qeyri-döyüş itkiləridir. Bu barədə Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatında deyilir.

Xəbərdə deyilir ki, 6 - nəfər avtoqəzadan, 1- nəfər naməlum səbəbdən, 4 - nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərdən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 33-ü Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (63 nəfər), onların 15-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 10-u erməni gülləsindən, 8- nəfər mina partlayışından, 2 nəfər təlimdə, 21-i isə avtoqəza nəticəsində, 1 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı) yaralanıb və ya xəsarət alıb. 1 nəfər zəhərlənib. 55 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 4 nəfər Daxili Qoşunlar, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib. Ötən dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb). Ümumilikdə, aprelin 30-na olan məlumatlara görə, Azərbaycanda bir erməni əsir və 5 mülki şəxsə saxlanılır.
XS
SM
MD
LG