Accessibility links

2016-cı ilin ötən dövründə (fevralın 6-dək) Azərbaycan, Ermənistan və Gürcüstanın təhlükəsizlik və müdafiə sektoru ümumilikdə 7 hərbi qulluqçusunu itirib.

Bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu Azərbaycan, Gürcüstan və Ermənistanın KİV-lərində apardığı monitorinqin nəticələrinə əsaslanaraq məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Bir hərbçi avtoqəza nəticəsində yaralanıb, bir nəfərsə təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Monitorinqin nəticələrinə görə, Ermənistan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu cəbhə xəttində Azərbaycan tərəfinin atəşi nəticəsində dünyasını dəyişib. Müvafiq dövrdə hansı sayda erməni hərbi qulluqçusunun yaralanması və ya xəsarət alması barədə məlumat yoxdur.

Tədqiqatlar İnstitutu bildirir ki, Cənubi Qafqaz ölkələri arasında ən az sayda hərbi itki əvvəlki illərdə olduğu kimi Gürcüstan Silahlı Qüvvələrinə aiddir. Müvafiq dövrdə Gürcüstan ordusunun bir hərbçisi H1N1 (donuz qripi) virusundan dünyasını dəyişib.

XS
SM
MD
LG