Accessibility links

Azərbaycan və Türkiyə hərbi məsələləri müzakirə edir


Müdafiə naziri Səfər Əbiyev
Müdafiə naziri Səfər Əbiyev

Azərbaycan müdafiə naziri Türkiyədə rəsmi səfərdədir

Müdafiə naziri Səfər Əbiyev Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya gedib.

Səfər çərçivəsində müdafiə naziri Səfər Əbiyevlə Türkiyə milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılıb.

Görüşün sonunda nazirlər niyyət bəyannaməsini imzalayıblar.
Sonra nazir Əbiyevin Tütkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl və Quru Qoşunları komandanı Hayrı Kıvrıkoğlu ilə təkbətək görüşləri olub.

Müdafiə naziri Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə müdafiə sənayesi təmayüllü bir neçə şirkətdə də görüşləri olacaq.
XS
SM
MD
LG