Accessibility links

Ermənistan-Azərbaycan cəbhəsinin Ağdam rayonu istiqamətində (Bakıdan 350 kilometr qərb) mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin giziri Şamo Məmmədov yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib.

Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

XS
SM
MD
LG