Accessibility links

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisinin Bakıya səfəri gözlənir


Herbert Salber
Herbert Salber

Aprelin 19-da onun rəsmi görüşləri başlayacaq

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisi Herbert Salberin Bakıya səfəri gözlənir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin məlumatına görə xüsusi elçi aprelin 18-də Bakıya gələcək.

Aprelin 19-da onun rəsmi görüşləri başlayacaq.

H.Salber-in ölkə rəhbərliyi ilə görüşü planlaşdırılır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycan-Avropa Birliyi əlaqələri əsas müzakirə mövzusu olmalıdır.

Xüsusi elçinin səfəri aprelin 20-də başa çatacaq.

Onun səfərindən bir neçə gün sonra isə Bakıda, Xarici İşlər Nazirliyində Azərbaycan-Avropa Birliyi arasında yeni saziş layihəsinin müzakirəsinə başlanacağı bildirilir. Bu yeni saziş layihəsi ilə bağlı birinci substantiv müzakirə olacaq.

Bundan ötrü aprelin 24-də Avropa Birliyinin xüsusi heyəti Bakıya gəlməlidir. Azərbaycanın hazırlayıb təqdim etdiyi saziş layihəsi danışıqlar masasının əsas sənədi olacaq.

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.

2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi - Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxil idi. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə Assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib.

Bundan əvvəl tərəflər fevralda Brüsseldə bir araya gəlmişdilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG