Accessibility links

Azərbaycana təslim olmuş erməni əsgəri geri qaytarılıb


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

"Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 22 mart 2015-ci ildə könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb".

Bu barədə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.

Məlumata görə, humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfindən prosesdə iştirak edən şəxlərin videoçəkiliş apardığı aşkar edilib.

Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.

Proses Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.

XS
SM
MD
LG