Accessibility links

Azərbaycanın hərbi gəmiləri Rusiyaya gedir


Azərbaycanın hərbi gəmiləri
Azərbaycanın hərbi gəmiləri

Onların sırasında 159 A layihəsindən olan keşikçi gəmisi və 888 layihəli idarəetmə gəmisi var

Sentyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri ilk dəfə qeyri-rəsmi olaraq Həştərxana (Rusiya) gedəcək.

Bu barədə Rusiyanın Xəzər donanması komandanının müavini Aleksandr Proxorov İTAR-TASS agentliyinə bildirib.

“Azərbaycan HDQ gəmiləri Bakı limanından yola düşüb. Hazırda bizim “Volqodonsk” kiçik artilleriya gəmisi onları müşayiət edir. Sentyabırn 4-də qonaqlar Həştərxanda olacaqlar”, - Proxorov bildirib.

Həştərxana Azərbaycana üç hərbi gəmisi gəlir. Onların sırasında 159 A layihəsindən olan keşikçi gəmisi və 888 layihəli idarəetmə gəmisi var. Dəstəyə Azərbaycan HDQ komandanı, vitse-admiral Şahin Sultanov rəhbərlik edir.

Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, bir günlük səfər proqramına Xəzər donanması komandanlığı və Həştərxan vilayət rəhbərliyi ilə görüş daxildir.

İki saat ərzində Azərbaycan HDQ-nin gəmiləri arzu edənlər üçün açıq olacaq. Kayutlara baxmaq, şəkil çəkdirmək mümkün olacaq.

RF Xəzər donanmasının nümayəndələri bir neçə dəfə Azərbaycanda olublar. “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi bu il avqustun əvvəlində Bakıda olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG