Accessibility links

Oktyabrın 19-da İranın Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Cövşən” hərbi gəmiləri Bakıya səfərə gəlib.

AZƏRTAC dövlət agentliyinin məlumatına görə, Bakı Dəniz Vağzalında nümayəndə heyətini Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanlığı və İranın Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıb.

Birinci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşəcək, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olacaq və bir sıra digər tədbirlərdə iştirak edəcək.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər oktyabrın 21-dək davam edəcək.

XS
SM
MD
LG