Accessibility links

Azərbaycan cəbhə bölgəsində genişmiqyaslı hərbi təlim keçirir


Hərbi təlim

Hərbi təlim

Təlimlərə quru qoşunları və hərbi-hava qüvvələri, habelə müasir silah növləri və texnika cəlb edilib.

Azərbaycan Müdafiə Nazirliyinin qüvvələri Ermənistan-Azərbaycan cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 9-dan etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə zonasında geniş miqyaslı hərbi təlimlərə başlayıb, təlimlər həftənin sonuna qədər davam edəcək. Təlimlərə müdafiə naziri Səfər Əbiyev rəhbərlik edir.
Təlimlərə quru qoşunları və hərbi-hava qüvvələrinin şəxsi heyəti, habelə müasir silah növləri və texnika cəlb edilib.
XS
SM
MD
LG