Accessibility links

Təlimlərdə 1300 hərbiçi, çoxsaylı hərbi gəmi və texnika cəlb edilib

Avqustun 15-də Xəzər dənizində Rusiya Hərbi Dəniz Qqvvələrinin hərbi təlimləri başlayıb.

Donanmanın komandanı vitse-admiral Sergey Alyokminskinin rəhbərlik etdiyi manevrlərə
ona qədər hərbi gəmi, həmçinin “Bal” sahil-raket divizionu kompleksi, 50-dən çox hərbi texnika, 1300-dən çox hərbçi cəlb olunub. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib.

“Dağıstan” raket gəmisi və “Volqodonsk” artilleriya gəmisi Bakı səfərinə səfərini başa vurduqdan sonra “Tatarıstan” raket gəmisinin rəhbərliyi ilə gəmi qrupunun dayandığı təlim ərazisinə yola düşüblər. Bu barədə İTAR-TASS məlumat verir.

Gəmilər şərti düşmənin sualtı gəmiləri ilə döyüş şəraitində birgə təlim keçməlidir. Manevrlərdən biri sahil obyektlərinə raket zərbələrinin endirilməsi olacaq.

Bundan əlavə, dənizçilər Xəzərin ada ərazilərində qanunsuz silahlı birləşmələrin blokadaya alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər. Təlimlər həftənin sonunadək davam edəcək.

Ruisyanın hərbi təlimləri prezident Vladimir Putinin Bakıya səəfrindən iki gün sonra başlayıb.
XS
SM
MD
LG