Accessibility links

Naxçıvanda genişmiqyaslı hərbi təlimlərə başlanıb


Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlər başlanıb
Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlər başlanıb

Təlimlərdə Naxçıvan ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılacaq

Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Müdafiə Nazirliynin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə nazirliyin rəhbərliyinin iştirakı ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnikalar cəlb olunub.

Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılacaq.

Döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrəniləcək, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.

Müdafiə Nazirliyi təlimlərin hansı müddətədək keçiriləcəyini açıqlamır.
XS
SM
MD
LG