Accessibility links

Hərbi təlimlərdə Buk-MB zenit-raket komplekslərindən istifadə edilib [Fotoqalereya]


Hərbi təlimlərdə Buk-MB zenit-raket komplekslərindən istifadə edilib

Hərbi təlimlərdə Buk-MB zenit-raket komplekslərindən istifadə edilib

Hərbi Hava Qüvvələrinin hərbi təlimləri davam edir

Avqustun 14-də Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının "Buk-MB" zenit-raket komplekslərindən iştifadə olunmaqla təlimləri davam edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədi şəxsi heyət tərəfindən döyüş tapşırığının düzgün yerinə yetirilməsinin müəyyən edilməsi, hərəkətdə olan qoşun qruplaşmalarının, mühüm hərbi və mülki obyektlərin hava zərbələrindən mühafizəsinin təşkil olunmasıdır.

Təlimlər zamanı ehtimal olunan düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində pilotsuz və pilotlu hava hücumu vasitələrini, digər hava hədəflərini, o cümlədən, ballistik və qanadlı raketləri aşkarlamaq, tanımaq, avtomatik izləməyə götürmək və atəşlə məhv etmək kimi praktiki məşqlər həyata keçirilib.

Təlimlər davam edir.

XS
SM
MD
LG