Accessibility links

Azərbaycanla Türkiyə hərbi təlimlərə başlayıb [Fotoqalereya]


Türküyə və Azərbaycan hərbi təlim
Türküyə və Azərbaycan hərbi təlim

Türkiyədə keçirilən təlimlər aprelin 13-dək davam edəcək

Azərbaycanla Türkiyə illik hərbi əməkdaşlıq planına uyğun olaraq "TurAz Şahini 2015" hərbi təlimlərinə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya aparılıb.

Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopteri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

XS
SM
MD
LG