Accessibility links

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirəcək


Azərbaycan və Türkiyə hərbçiləri
Azərbaycan və Türkiyə hərbçiləri

Bu ilin may və sentyabr aylarında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müxtəlif istiqamətlərə cavabdeh olan heyətin belə geniş tərkibdə, qarşılıqlı səfərləri və əlaqəli fəaliyyətlərinin əməkdaşlığa töhfə verməsi görüşdə xüsusi vurğulanıb.

Müxtəlif qoşun növlərinin iştirakı ilə Azərbaycanda və sonra Türkiyədə keçirilən birgə təlimlərin vacibliyini vurğulayan nazir hərbi sahədə qazanılan uğurlara və dəstəyə görə hər iki dövlət başçısına minnətdarlığını bildirib.

Görüşdə Quru Qoşunlarının may ayında Bakı və Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və texnikasının iştirakı ilə ölkəmizdə birgə hərbi təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler də iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG