Accessibility links

“Qafqaz qartalı” adlı birgə hərbi təlim keçirilir


Azərbaycan və Türkiyə hərbi təlimi

Azərbaycan və Türkiyə hərbi təlimi

Mayın 31-də Azərbaycan, Türkiyə və Gürcüstan silahlı birləşmələrinin xüsusi təyinatlı bölmələri birgə hərbi təlimlərə başlayıb. İyunun 10-dək davam edəcək təlimlər Türkiyədə keçirilir. Bu barədə Türkiyə mediası məlumat yayıb.

“Qafqaz qartalı” adlı təlimlərdə məqsəd birgə əməliyyatların keçirilməsi zamanı koordinasiya bacarıqlarının inkişafı və operativ birgəlikdir. EADaily Türkiyə Baş Qərargahından sitat gətirib.

Təlimlərdə Azərbaycan və Gürcüstan bir xüsusi təyinatlı rota ilə təmsil olunub.

Qeyd edək ki, mayın 12-dən Naxçıvanda Azərbaycan-Türkiyə taktiki hərbi təlimləri keçirilib. Təlimlərə min hərbçi, zirehli texnika, artilleriya qurğuları, hərbi aviasiya cəlb olunub.

Bakı, Ankara və Tbilisi arasında hərbi sahədə əməkdaşlıq haqqında üçtərəfli saziş var.

XS
SM
MD
LG