Accessibility links

Azərbaycan “Anadolu qartalı-2015/1” hərbi təlimlərinə qatılıb


Hərbi təyyarə

Hərbi təyyarə

Azərbaycan Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edir.

Report.az saytıTürkiyə KİV-nəvə ABŞ-ın Müdafiə Nazirliyinə istinadən bildirir ki,ABŞ Hərbi Hava Qüvvələrinin 12 ədəd F-15 təyyarəsi təlimlər üçün hazırda Türkiyədədir.

Konyada baş tutan "Anadolu qartalı-2015/1" adlanan təlim ABŞ, Almaniya, Böyük Britaniya, İspaniya, Pakistan, NATO ilə Türkiyənin Quru, Dəniz və Hava Qüvvələrinin iştirakı ilə iyunun 19-na qədər davam edəcək.

Manevrlərə ABŞ-dan 12 F-15C, Almaniyadan 1 A-310, İngiltərədən 6 EF-2000, İspaniyadan 6 F-18, Pakistandan 6 F-16 və NATO-dan 1 E-3A təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığından 12 F-4E 2020, 42 F-16, 1 KC-135 tanker, 2 CN-235 təyyarələri, 1 AS-532 helikopteri, 1 E-7T təyyarəsi, Quru Qoşunları Komandanlığından 2 T129 (ATAK) və 2 S-70 helikopterləri, Hərbi Dəniz Qüvvələri Komandanlığından isə 1 hərbi gəmi və iki qayıq qatılıb.

Təlimin proqramına əsasən, bütün iştirakçıların sanki müharibə şəraitində olduqları güman edilərək bilik, bacarıq və təcrübələri yoxlanılacaq.

Bundan başqa, təlimlərdə Azərbaycan, Braziliya, Əlcəzair, Danimarka, İndoneziya, Estoniya, Mərakeş, Yaponiya, Qətər, Koreya Respublikası, Kosova, Livan, Malayziya, Moldova, Monqolustan, Rumıniya, Seneqal, Slovaka, Sloveniya, Çili, Tacikistan, Tunis və Oman ölkələrindən də müşahidəçi qismində şəxsi heyət iştirak edir.

XS
SM
MD
LG