Accessibility links

Türkiyə və Azərbaycan hərbi hava qüvvələri təlimə başlayır


 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki təlimləri keçiriləcək

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki təlimləri keçiriləcək

Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələri martın 7-dən 25-dək "TURAZ Şahini-2016 " adı altında hərbi təlimlərə başlayacaq. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytı məlumat verib. Təlim Türkiyənin Konya vilayətində keçiriləcək.

Təlimlərdə məqsəd iki ölkənin hava qüvvələri arasında uçuş təhsili mövzusunda birlikdə çalışmağı inkişaf etdirmək, hərbi iş birliyinə töhfə verməkdir.

Ötən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.

“TurAz Qartalı/Şahini” Azərbaycan-Türkiyə birgə təlimləri 2014-cü ilin sentyabr ayından ildə iki dəfə olmaqla – Azərbaycanda və Türkiyədə iki ölkə HHQ-nin iştirakı ilə keçirilir.

XS
SM
MD
LG